Yardımlıdan su problemi ilə bağlı şikayət var. Bu şikayəti virtualaz.org saytının redaksiyasına Yardımlı rayon sakini Raqil Ağayev göndərib.
Qızmar yay günlərində susuz qaldıqlarını deyən Yardımlı sakini bildirir ki, 2013-cü il, sentyabrın 5-də prezident İlham Əliyevin rayona səfəri zamanı yerli əhalini içməli su ilə təmin etməli olan su xəttinin təntənəli açılışı olub. Lakin rayon sakinləri bu kəmərdə hələ də su görməyiblər.
Yeni çəkilən su kəmərindən istifadə etməyin indiyədək heç kimə qismət olmadığını deyən R.Ağayev rayon sakinlərinin su gətirmək üçün dərələrə, çaylara üz tutduğunu bildirib.
Hazırda rayona suyun köhnə xətlə verildiyini bildirən R.Ağayev bu sudan da rayon mərkəzinin yalnız aşağı hissəsində yaşayan sakinlərin yararlana bildiyini söyləyir. Onun sözlərinə görə, bəzən həmin evlərin sakinləri də susuz qalır. Bunun da qəribə səbəbi var. Belə ki, köhnə xətdən su götürə bilən sakinlər su motorundan istifadə edir, su gələndə isə işıqlar sönür: "Yəni susuzluq özü ilə işıqsızlıq da gətirir. Su gələndə də işığı kəsirlər. Həm işıqsız, həm də susuz qalırıq”.
Rayonda cəmi 4-5 su maşınının olduğunu deyən şikayətçinin sözlərinə görə, həmin maşınlar da yalnız vəzifəli, imkanlı adamların evlərinə su daşımaqla məşğuldur.
"Rayonda cəmi bir artezian quyusu var. Oradan çıxan suyu da satırlar” - deyə R.Ağayev su ilə bağlı problemlərini dilə gətirir.
İlham Əliyevin 2013-cü il, sentyabrın 5-də Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı etdiyi çıxışdan sitat: "İndi verilən məlumata görə, bütün su xətləri artıq bu ilin sonuna qədər qurulacaq. Gələn ildən başlayaraq Yardımlı şəhərinin içməli su problemi tam şəkildə öz həllini tapacaq. Bununla bərabər yerli icra orqanları kənd yerlərində su xətlərinin çəkilişi ilə məşğuldur. Bu da çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm, alqışlayıram. Elə etməliyik ki, əsas infrastruktur layihələri icra edilsin”.
"Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə həmin mərasimdə görülən işlərlə bağlı prezidentə məlumat verərkən layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkiləcəyini, qalan digər işlərin isə 2014-cü ildə yerinə yetiriləcəyini demişdi.
Artıq 2014-cü ilin yarısı da arxada qalıb. Amma Yardımlı sakinlərindən suyun olmaması ilə bağlı şikayətlər gəlir. Yerli məmurların və müvafiq qurumların prezidentin xüsusi əhəmiyyət və diqqət yetirdiyi layihəyə başdansovdu münasibəti sayəsində...
.
