Yardımlı və Bərdədə 6 tondan çox çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədə yabanı halda bitən çəkisi 5,3 ton olan 13700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.  

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Lənbəran kəndi ərazisində 1,5 hektar sahədə yabanı halda bitən, çəkisi 2 ton olan 4815 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.  

.