Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləyən Mahir Mirzəyevin tətbiq etdiyi metodlar da eyni prinsiplər əsasında qurulub. Azerinews.tv-yə daxil olan məlumatlara görə, bu məmurun uzun illərdən bəri Yardımlını demək olar ki, totalitar qaydada idarə və istismar etməsi rayon ictimaiyyətini daimi gərgin vəziyyətdə saxlayır desək yanılmarıq. İlk növbədə qeyd edək ki, Yardımlı icra hakimiyyətinə başçı gələn bütün rəhbərlərin pulyığanı kimi tanınmış M. Mirzəyev rayona tam nəzarət edə bilmək üçün əsas məsul vəzifələrin əksəriyyətinə öz qohumlarının təyin edilməsinə nail ola bilmişdir. Belə ki, bəzi mənbələr Yardımlıda RPŞ rəisinin müavini, ƏƏSM-nin müdiri və digərləri də daxil olmaqla otuza yaxın məsul vəzifənin məhz Mahir Mirzəyevin qohumlarına həvalə olunduğunu bildirirlər. Rayonda bütün külli-ixtiyarı əlina alan Mahir Mirzeyev keçiriləcək bələdiyyə seçkilərinə də müdaxilə etmək gücünə malikdir. Elə bu səbəndən də Mahir Mirzəyev qutudan çıxa biləcək bələdiyyə üzüvlərinin talehini artıq həll edib. Daxil olan məlumatlarda deyilir ki, bələdiyyə üzüvü olmaq üçün - kənlərdə 1500 manat, sədir 3 min manat, rayon bələdiyyə üzüvlüyü üçün isə 3min manat, sədir 15 min manat rüşvət verməlidir. Baş verən hadisələrin ən qəribəsi odur ki, bütün bu qanun pozuntularının arxasında Mahir Mirzəyevin Bakıda əyləşən havadarının olduğu deyiir. Çünki keçmişi Motapila işlədən birinin bu qədər gücə malikolması mümkün deyil...
Mövzuya qayıdacağıq bizi izləyin.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
.
