Hazırda ölkədə ən çox yoluxma Bakı və Abşerondadır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yoluxma artmaqdadır: "Ölkə üzrə ümumi yoluxmanın 50 faizə yaxını bu ərazilərdədir. Ən çox 50-59 yaş həddində olan insanlar bu virusa daha çox yoluxub. Son həftədə 651 nəfər bu virusa yoluxub. Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Amma bu o demək deyil ki, biz bununla razılaşmalıyıq. Hər birimiz qaydalara riayət etməliyik. Maskalardan istifadə vacibdir. Qaydalara riayət etsək yoluxmanın artmasının qarşısını ala bilərik".

Azərbaycanda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır

Hazırda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır.

Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.

Onun sözlərinə görə, ümumilikdə 51 xəstəxana koronavirusla mübarizəyə cəlb olunub. Bunlardan 31 hazırda xidmət göstərir. COVİD-li xəstələrin müalicəsində bütün gücü ilə çalışmaqdadır. Bu xəstəxanalar bütün cihazlar və dərmanlara təmin olunub.

Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı

Bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə qədər koronavirus xəstəsi qəbul olunub.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

Dünya statistikasından misal gətirən F.Sədirov bildirib ki, fevral-aprel ayrlarında Almaniyada xəstəxanadaxili ölüm faizi 22 faiz olaraq göstərilib. Onun sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında xəstəxanadaxili ölüm faizi 12 faizdir.

F.Sədirovun sözlərinə görə, Azərbaycanda koronavirus xəstələrinin ölüm faizi 1.5-1.6 faiz arasında dəyişir, digər ölkələrdə bu rəqəm 10-faizdən yuxarıdır:

“Bu gün dünya nəyi tətbiq edirsə biz də onu tətbiq edirik, nəyi bilirsə biz də onu bilirik. Bizim ölüm faizimiz dünyada olandan çox aşağıdır”.

.