
Yaponiyanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulması səhv hərəkətdir.
Axar.az xəbər verir ki, bunu Yaponiyanın keçmiş Baş naziri Yukio Hatoyama söyləyib.
O, sanksiyalarla bağlı məsələni Sergey Narışkinlə müzakirə etdiyini bildirib:
"Mən bu məsələni Rusiya Dövlət Dumasının rəhbəri Sergey Narışkinlə müzakirə etmişəm. O, Yaponiyanın bu addımı ilə bağlı üzüldüyünü bildirərək, onu səhv adlandırıb. Zənnimcə, o, doğru deyib”.
Qeyd edək ki, daha əvvəl Yaponiya Rusiyanın Sberbank, VTB, Vneşekonombank, Qazprombank və Rosselxozbankına qarşı sanksiyalar tətbiq etmişdi.
.