Yaponiyanın hakim Liberal-Demokrat Partiyasına sədr seçkisi sentyabrın 27-də keçirilə bilər.

Yenizaman-ın “Kyodo” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bu barədə partiyanın adının çəkilməsini istəməyən rəsmisi deyib.

Onun sözlərinə görə, bu məqsədlə təşviqat kampaniyası sentyabrın 12-də başlayacaq. Partiyanın sədri Funio Kişida isə ötən həftə bildirib ki, növbəti dəfə bu posta namizəd olmayacaq.

Qeyd edək ki, qrafik təsdiqlənsə Fumio Kişida BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-də keçiriləcək debatlarda iştirak edəcək.

.