
Yaponiyanın Baş naziri Şiqeru İsiba ölkəsinin tariflərlə bağlı mövqeyini Prezident Donald Trampa çatdırmaq üçün yaxın vaxtlarda ABŞ-yə səfər etməyə hazırdır.
Bunu Yaponiya hökumətinin başçısı parlamentin büdcə komitəsində deputatların suallarını cavablandırarkən deyib.
"Amerika tərəfi ilə davamlı olaraq müxtəlif səviyyələrdə danışıqlar aparırıq. Lazım gəlsə, mən şəxsən ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacağam, lakin bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib", - o qeyd edib. Baş nazir ən qısa zamanda ABŞ-yə səfər etməyə hazır olduğunu vurğulayıb.
İsiba həmçinin Yaponiya tərəfinin rüsumlardan azad olunmamasından bir daha təəssüfləndiyini bildirib, ölkə hakimiyyətinin ABŞ tərəfini buna inandırmağa davam edəcəyinə söz verib. Baş nazir əlavə edib ki, ölkəsi ABŞ ilə ticarətdə ədalətsiz heç nə etmir və bunun ABŞ-yə açıq şəkildə bildirilməsi lazımdır.
.