Yaponiya iqtisadiyyat, ticarət və sənaye naziri Yoji Muto martda ABŞ-yə səfər edəcək.

Bu barədə “Kyodo” məlumat yayıb.

Nazir Vaşinqtonun polad və avtomobil idxalına tətbiq etdiyi rüsumlardan ölkə mallarının azad edilməsini xahiş edəcək.

Bildirilib ki, Y.Muto bu məsələləri ABŞ-nin ticarət naziri vəzifəsinə təsdiq edilmiş Hovard Latnik ilə müzakirə etmək niyyətindədir. Bundan əlavə, yaponiyalı nazir ABŞ-nin energetika naziri Kris Rayt ilə görüşməyi planlaşdırır.

Yaponiya tərəfi ABŞ iqtisadiyyatına böyük töhfəsi məsələsini qaldırmaq, həmçinin energetika sahəsində əməkdaşlığı və s. müzakirə etmək niyyətindədir.

.