
Yaponiyanın cənub-qərbində yerləşən Tokara adalarında güclü zəlzələ baş verib.
Bu barədə Yaponiyanın milli meteorologiya idarəsi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin maqnitudası 5,5 bal təşkil edib. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı elan olunsa da, bir neçə dəqiqədən sonra xəbərdarlıq ləğv olunub. Zərərçəkənlər və ya dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, Tokara adalarında son bir neçə gün ərzində 900-ə yaxın yeraltı təkan, o cümlədən 5 bal gücündə zəlzələlər qeydə alınıb.
.