aponiyanın Şimane prefekturasında 16 dəqiqə ərzində dörd zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

6,2 bal gücündə ilk zəlzələ Yaponiyanın Şimane prefekturasında saat 10:18-də baş verib. Zəlzələnin episentr 10 kilometr dərinlikdə olub. Sunami təhlükəsi yoxdur. Zəlzələnin episentri Yaponiyada istifadə edilən yeddi ballıq şkala üzrə 5+ bal gücündə olub.

Bundan sonra yerli vaxtla saat 10:24-də, 10:28-də və 10:34-də də daha üç zəlzələ baş verib.

Onların maqnitudaları müvafiq olaraq 4,5, 5,1 və 3,8 olub.

.