
Yaponiyanın Honsyu adası yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Sinqu şəhərindən 39 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 394 km dərinlikdə olub.
Yaralananlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
.