
Ermənistan Baş naziri Nikol Paşinyan Tokioya səfəri zamanı Yaponiya Baş naziri Şigeru İşiba ilə görüşüb.
Yenizaman Ermənistan mətbuatına istinadən xəbər verir ki, Yaponiya Baş naziri Ermənistan və Azərbaycan arasında sülhün qurulmasını alqışlayaraq bölgədə davamlı təmin olunacağına ümid etdiyini bildirib.
Ermənistan və Yaponiya liderləri ikitərəfli əlaqələri də müzakirə edib.
.