Yeni Azərbaycan Partiyası (YAP) 2015- cı il noyabrın 1- də keçiriləcək parlament seçkilərində bir neçə şəxsin namizədliyini ilk dəfə irəli sürüb.

"Qafqazinfo” xəbər verir ki, onlardan biri 18 saylı Nərimanov- Nizami seçki dairəsindən irəli sürdüyü namizəd İsmayıl İsmayılovdur. İ. İsmayılov 1980-ci ildə anadan olub. O "Çıraq” MMC-nin direktorudur. Sözügedən şirkət kitab nəşri ilə məşğuldur. Şirkət Səbayel rayonunda yerləşir.
11 saylı Qaradağ seçki dairəsindən namizədliyi irəli sürülən Aydın Hüseynov 1962-ci ildə anadan olub. O Dövlət Xəzinədarlıq Agentliyinin 9 saylı Xəzinədarlıq İdarəsinin rəisidir.
9 saylı Binəqədi ikinci seçki dairəsindən irəli sürülən namizəd Kəmaləddin Qafarov isə 1976-cı ildə anadan olub. O, Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışır.
27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Dilarə Cəbrayılova 1971-ci ildə anadan olub. O, 295 saylı məktəbin direktorudur.

.