Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri məlum olub.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, 

Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.

Qeyd edək ki, yeni seçilən Milli Məclisdə çoxluq YAP-dadır. Hakim partiya parlamentdə 70 deputatla təmsil olunur.

.