İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi axtarışa verməkdən imtina edib. Bu haqda mətbuat konfransında Ukrayna baş prokuroru Vitali Yarema bəyanat verib.
"Yanukoviç də başda olmaqla 7 nəfərin İnterpol tərəfindən axtarışı dayandırılıb", - Yarema bildirib.
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu keçmiş prezident Viktor Yanukoviç və onun yaxınlarına qarşı 30-dan çox cinayət işi açdığını bildirmişdi.
Yanukoviç Ukraynada kütləvi etiraz aksiyaları nəticəsində devrilib. O, kütləvi qətllərdə ittiham olunur.
.