Ukrayna prezidenti Viktor Yanukoviç «Batkivşina» fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir, «UDAR» partiyasının sədri Vitali Kliçkoya baş nazirin müavini postunu təklif edib. Bu barədə ədliyyə naziri Yelena Lukaş məlumat verib.
Nazirin açıqlamasıqda deyilir ki, Yatsenyuk baş nazir postunu tutmağa razılıq versə, hökumətin stefası barədə qərar qəbul olunacaq. Baş nazirin humanitar məsələlər üzrə müavini postu isə Kliçkoya təklif edilib.
.
