Ukrayna prezidenti siyasi böhranla əlaqədar təcili qərar qəbul edib.
ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Yanukoviç Məsləhətlər Şurasının katibi Andrey Klüyevə siyasi böhranın nizama salması üçün Nazirlər Kabinetinin nümayəndələrinin iştirakı işçi qrupu yaratmağı tapşırıb.
Ukrayna dövlət başçısı həmçinin bu məsələlərin müzakirəsi üçün Prezident Administrasiyasına xüsusi tapşırıq verib. Yanukoviç qeyd edib ki, bu gün müxalifət nümayəndələri ilə işçi qrupunun görüşü keçirilməlidir.
.