Ukrayna prezidenti Viktor Yanukoviç UDAR partiyasının lideri Vitali Kliçko ilə teledebata çıxmağa razılıq verib. Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, siyasətçilər arasında debatların təşkili əksər inkişaf etmiş ölkələrdə baş verir və Ukrayna prezidenti də buna tam hazırdır.
Prezidentin Mətbuat Xidməti həmçinin açıqlayıb ki, Viktor Yanukoviç və Vitali Kliçko arasında debat meydanda deyil, yerli telekanlların birində keçirilə bilər.
Buna qədər UDAR partiyasının sədri 9 fevral tarixində Ukrayna dövlət başçısını" Maydan"a gələrək onunla debata çıxmağa çağırmışdı.
.