Benzinin qiymətinin qalxması Lənkəran rayonu Liman qəsəbəsində etiraza səbəb olub. Rayondan verilən məlumata görə, bu gün günorta saatlarında 150-yə yaxın sürücü və qəsəbə sakini qəsəbənin mərkəzinə toplaşaraq etiraz aksiyası keçiriblər. Hadisə yerində olan bir neçə jurnalist olayı işıqlandırdığına görə həbs olunub. Aksiya davam edir. (azadlıq.info)
.
