Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında buludlu  hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenizaman.az-a verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21, gündüz  24-26, Bakıda gecə  19-21, gündüz  24-26 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 15-20, gündüz  23-27, dağlarda gecə 7-12, gündüz  12-17 dərəcə isti olacağı gözlənilir.
.