
Səhnəmizin özünəməxsus ulduzu Xumar Qədimova yeni mahnısını təqdim edib.
Axşam.az xəbər verir ki, müğənni bu dəfə də mövsümün ən səs-küylü ifasına imza atıb.
Sözləri və müsiqisi Sezen Aksuya aid "Bəlalım” bundan sonra X.Qədimovanın da repertuarında yer alacaq.
İfaçı deyib ki, onu özünəməxsus tərzdə oxuyub:
"Rerpertuarıma daxil etmək istədiyim nəğmələrdən biri də budur. Düzü bu mahnıya Zəki Mürənin ifasında vurulmuşam. Mahnını eşitdiyim ilk gündən laqeyd qala bimədim. Bu mahnı çox göz yaşlarıma səbəb olub. Ona görə yox ki, həyatımla nəsə bağlılığı olub. Sadəcə, mahnının möhtəşəmliyi ən xoş anımda belə məni təsirinə salırdı. Nəhayət, Matanımın təkidilə oxudum”.
Qeyd edək ki, X.Qədimova bəstəni rok janrında ifa edib.






.