Bu gün yerli mətbuatda Xoşqədəm Hidayətqızının Suriyada vurulması barədə məlumat yayılıb.
Jurnalistə yaxın mənbə də bu faktı ANS-ə təsdiqləyib. İlkin məlumata görə, hadisə Hələb şəhərində baş verib. Jurnalist ayaqlarından yara alıb.
Məlumata görə, Xoşqədəm Hidayətqızı Suriyadan verilişin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı bir neçə axtarışın sonucu ilə bağlı verilişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına "vurulduq" deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan teleaparıcı "yaralandım" sözünü də işlədib.
Qeyd edək ki, mənbənin bildirdiyinə görə, teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də mətbuata çıxmaması üçün gizli saxlanılır.
"Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının vurulmasının təfərrüatları məlum olub.
ATV-nin redaktoru Vüqar Bektaşın ANS-ə verdiyi məlumata görə, verilişin çəkiliş qrupunun avtomaşını Suriyanın Hələb şəhərində atəşə tutulub.
Atəşdən sonra əməkdaşzlar maşından qaçıb çıxmağa müvəffəq olublar. Bundan sonra avtomaşın partlayıb. Hazırda Xoşqədəm Hidayətqızı ilə telefon əlaqəsi kəsilib.
.
