
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün baş tutan toyunda ağlayıb.
ATVxəbər.az-ın məlumatına görə, onaqlar qarşısında çıxış edən aparıcı göz yaşlarını saxlaya bilməyib:
"Bu gün çox xoşbəxtəm. Çox əziyyətlər çəkmişəm. Ulu öndərin sayəsində təhsil aldım. Bu günü toy kimi qələmə verməyin, bu gün dostlarımıza ürək sözlərimizi demək istədim. Bu gün yazılmışdı ki, oğlum burada iştirak etməyəcək, bu cür xəbərlər məni üzür. Oğlum xaricdə təhsil alır. Bir azdan burda olacaq. Mən oğlumu əziyyətlə böyütmüşəm, Allah heç kimi böyüksüz etməsin”.
Xatırladaq ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə həyatı qurur. Onlar bu ilin oktyabrında Türkiyədə rəsmi nikah bağlayıblar.(atvxeber.az)



