AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq millimiz xorvat həmkarlarımız da biganə qalmayıb. Xorvatiya mətbuatı millimizlə bağlı bir yazı hazırlayıblar.
Xəbərdə deyilir ki, xorvat jurnalistlər yazıda Azərbyacan yığmasını əməlli-başlı ələ salıblar: "Azərbaycan komandasının heyəti daha çox yerli çempionatda oynayan futbolçulardan təşkil olunub. Xaricdə çıxış edən futbolçuları çox azdır. Ən bahalı oyunçuları isə Türkiyənin "Sivasspor" klubunda çıxış edən Cihan Özkaradır.
Rəqibimiz 11 futbolçu ilə müdafiə olunur. Hücumda oynamağa elə də həvəsli deyillər. Yəqin ki, Xorvatiya Azərbaycan millisini böyük hesabla məğlub edə bilməyəcək. İtaliya ilə oyunda Azərbaycan yığması bütün komanda ilə müdafiə olunduğu üçün darmadağın olmadı. Paytaxt Bakıda oynamalarına baxmayaraq onlar elə Bolqarıstanla matçda da ancaq müdafiə olunmağı düşünürdülər".
Xorvatiya-Azərbaycan görüşü bu gecə saat 23:45-də Osiyek şəhərində keçiriləcək (komanda.az).
.