Xocalı rayonu Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Daşbulaq kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb. 

Doğma yurduna dönən ailələr yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyev və Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidlərimizi hörmətlə anıblar. 

Qeyd edək ki, Seyidbəyli kəndinə ilk mərhələdə 67 nəfərdən ibarət 13 ailə köçürülüb.

***

"Böyük Qayıdış" planına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir.

İlk mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər, köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Qeyd edək ki, bu Xocalının Daşbulaq kəndinə ilk köçdür.

.