Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin olunub.

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin edilib.

.