İrəvan Ermənistanda Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirir.
Rusiya mediasının xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibi Sergey Şoyqu bildirib.
Şoyqu Ermənistan hakimiyyətini Rusiya ilə əlaqələri kəsmək cəhdində ittiham edib.
O xatırladıb ki, 1990-cı illərdə Rusiya Ermənistanı iqtisadi və enerji çöküşündən xilas edib, Aİİ-ə üzv olduğu 10 il ərzində isə Ermənistan iqtisadiyyatı təxminən üç dəfə böyüyüb.
Şoyqunun sözlərinə görə, qeyri-dost addımlar və açıq-aşkar ikili standartlar Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə münasibətdə özünü göstərir.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiyanın milyardlarla sərmayə qoyduğu müəssisə və bütün sənaye sahələrində baş verənləri “düşməncə ələ keçirmək”dən başqa bir şey deyil.
Şoyqu qeyd edib ki, İrəvan açıq-aşkar “gülünc arqumentlər” irəli sürür. Xüsusilə, söhbət ondan gedir ki, Rusiya Ermənistan dəmir yoluna nəzarəti davam etdirəcəyi təqdirdə, guya İrəvan beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını itirir.
.
