Noyabrın 27-də Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsində, Kənd Xırdalanda və Masazır qəsəbəsinin Cantəpə yaşayış ərazisində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 27-də saat 09:00-dan işlər başa çatanadək qeyd olunan ərazilərin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
.
