
Heydər Əliyev adına parkın qarşısındakı yolun çökməsi avtomillərin hərəkətinə maneə törədib. Nəticədə həmin ərazidə böyük tıxac yaranıb.
Maraqlıdır ki, yolun çökməsi ilə əlaqədar heç bir xəbərdarlıq işarəsi qoyulmayıb. Ətrafda yaşıyan sakinlər isə vəziyyətdən çıxış yolu üçün unikal addım
atıblar. Belə ki, ətrafdakı sakinlər tərəfindən çüküntü baş verən əraziyə taxta parçası qoyulub. Bununla da sakinlər sürücülərin çöküntü olan yerə diqqətini
çəkməyə çalışıblar.
Qeyd edək ki, hələlik çöküntü baş verən yolda təmir işləri aparılmır. Sürücülərin sözlərinə görə, hərəkət belə intensiv davam edərsə yolda nəqliyyatın
hərəkəti tamam dayana bilər.(anspress.com)
.