
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə KİV-lərinin Ermənistan və Türkiyə nümayəndə heyətlərinin “Marqarə-Alican” sərhəd-keçid məntəqəsinin fəaliyyətinə dair gələn həftə keçiriləcək görüşlə bağlı məlumatını təsdiqləyib.
Bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədə paylaşım edib.
“Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılıb,” – deyə respublikanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Onu da qeyd edək ki, bu barədə “Armenpress” agentliyinə Milli Məclis sədrinin müavini Ruben Rubinyanın ofisindən də məlumat verilib.
.