Moskva Suriyaya uçan Rusiya təyyarələri üçün Ankaranın hava məkanını açmasına nail olacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

O qeyd edib ki, hava məkanının bağlanması Suriyadakı Rusiya bazalarının işini çətinləşdirməyib.

"Təmaslar davam edir. Türkiyəli tərəfdaşlarımızın düzgün qərar verəcəyini düşünürük", deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

.