Türkiyə Xarici İşlər Nazirliyi Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Türkiyə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnundur.

“Laçın şəhəri, Zabux və Sus kəndlərinin 9 noyabr (10 noyabr - red.) 2020-ci il tarixli Bəyanata uyğun olaraq davam edən proses çərçivəsində bu gün Azərbaycana qaytarılmasından məmnunluq duyuruq.

Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində atılmış bu mühüm addımın həm regional normallaşmaya, həm də Azərbaycan-Ermənistan münasibətlərinə töhfə verəcəyinə ümid edirik. Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”, - deyə açıqlamada bildirilir.
 

.