
Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşıma potensialı 2034-cü ilə qədər 17 milyon tona qaldırılacaq.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Avrasiya konnektivliyinin gücləndirilməsi” sessiyasında deyib.
Orta Dəhliz barədə danışan XİN rəsmisi bu dəhlizin Avropa və Çin arasında ticarətin inkişafına gətirib çıxaracağını, Türkiyənin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb.
O əlavə edib ki, Orta Dəhlizin potensialının gücləndirilməsi üçün Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrini daha da möhkəmləndirəcək.
.