Rusiya Azərbaycan-Ermənistan nümayəndələrinin hər iki ölkənin sərhədində görüşünü alqışlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş zaman tərəflər sərhədlərin delimitasiya prosesinə başlanılması hazırlığı çərçivəsində metodoloji və təşkilatı məsələləri razılaşdırıblar:
“Öz tərəfimizdən delimitasiya fəaliyyəti çərçivəsində biz hərtərəfli yardımı göstərməyə, vacib kartoqrafik materialları təqdim etməyə hazırıq. Bunu dünən Rusiya XİN başçısı Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlərinin toplantısı çərçivəsində azərbaycanlı həmkarı ilə görüşündə də təsdiq edib”, - o deyib.
.