Şuşa Bəyannaməsindən irəli gələn bütün sahələrdə Türkiyə ilə qarşılıqlı işlər aparılıb, yeni sənədlər hazırlanıb.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il ərzində Azərbaycan Prezidenti Türkiyəyə 3 səfər edib, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana 2 səfər edib. Eyni zamanda, beynəlxalq platformalarda da ikitərəfli görüşlər keçirilib.

“Azərbaycan-Rusiya əməkdaşlığı 2022-ci ildə uğurla davam edib. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya 1 rəsmi və bir neçə işgüzar səfər edib. Sahəvi nazirliklər arasında geniş əməkdaşlıq davam edib”, - XİN rəhbəri vurğulayıb.

Nazir qeyd edib ki, Gürcüstanla dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit inkişaf edib: “İki ölkə arasında çox intensiv dialoq var”.

.