
Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə görüşündə dövlətlərimiz arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılması zəruri sayılıb.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Zirvə Görüşü sübut etdi ki, TDT sülh və sabitliyin təmin edilməsi üçün mühüm regional təşkilatdır. Qəbul edilən qərarların Türk dövlətləri arasında dostluq və əməkdaşlığa töhfə verəcəyinə əminik”, - nazir qeyd edib.
Qəbələ Bəyannaməsində Vaşinqton razılaşması əhəmiyyətli addım kimi qiymətləndirilib
Türk Dövlətləri Təşkilatının Qəbələ Bəyannaməsində Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşması əhəmiyyətli addım kimi qiymətləndirilib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Zəngəzur dəhlizi, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb, bunun region daxili əməkdaşlığın güclənməsində əhəmiyyətli rol oynayacağı vurğulanıb”, - nazir qeyd edib.
.