“Azərbaycan Avropa İttifaqı (Aİ) və Çexiya üçün kifayət qədər önəmli tərəfdaşdır”.

Bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Əfqanıstandan təxliyə prosesinin reallaşdırılmasında dəstəyinə görə Azərbaycana təşəkkür edib.

Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlığın olduğunu qeyd edən çexiyalı nazir bildirib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşməsinə ehtiyac var: “Bu sahədə böyük imkanlar görürəm. Şadam ki, bu səfər çərçivəsində iş adamları mənimlə Azərbaycana gəlib, onlar burada görüşlər keçirir. Bu şirkətlər Azərbaycanda yeni tərəfdaşlar tapmağa qadirdirlər”.

Y. Kulhanek vurğulayıb ki, bu ilin dekabrında "Şərq Tərəfdaşlığı"nın sammiti keçiriləcək: “Biz Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Mən bu münaqişə nəticəsində ölənlərin ailələrinə başsağlığı verirəm. İnanıram ki, tərəflər sülhə nail olacaq və bu hər iki tərəf üçün xeyirli şəkildə reallaşacaq. Sülh regiona müsbət təsir edəcək, regionun sabitliyinə və inkişafına töhfə verəcək”.

.