Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbçilərin həlak olmasından sonra Dauren Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Kosanov Dauren Jumataeviç Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsindən azad edilib”, - məlumatda bildirilib.

.