"İsrail Müdafiə Qüvvələrinin Suriya ərazisində mövcudluğu müvəqqətidir".
Yenizaman "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar mətbuat konfransında deyib.
O bildirib ki, İsrail qüvvələrinin Suriya ərazisindəki mövcudluğu Bəşər Əsədin devrilməsi ilə yaranan qarışıqlıq dövründə İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan məhdud, müvəqqəti bir addımdır.
"Bizim yeganə marağımız İsrailin təhlükəsizliyidir", - XİN rəhbəri qeyd edib.
.