"Bizim təmaslarımız müntəzəm həyata keçirilir”.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Hakan Fidanın Azərbaycanda olması təmaslar üçün gözəl fürsətdir: “İki ölkə arasında dünyada bənzəri olmayan münasibətlər var. İki ölkənin işbirliyi kontekstində bütün sahələr Şuşa Bəyannaməsində öz əksini tapıb".

.