Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunan Hikmət Hacıyevlə bağlı maraqlı məlumat var.
"Qafqazinfo" xəbər verir ki, H. Hacıyev millət vəkili Asəf Hacıyevin oğludur. YAP-dan millət vəkili olan A. Hacıyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavinidir.
Qeyd edək ki, H. Hacıyev XİN-in mətbuat xidmətinə ötən həftə təyinat alıb.
.