"Azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan qalib ölkə olaraq qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib”.

Bunu Stajçı-Attaşelər üçün ADA Universitetində keçirilən Xarici Siyasət Proqramı (AFSP – Advanced Foreign Service Program) təliminin açılışında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Ermənistanın destruktiv mövqeyi, Azərbaycana qarşı qarayaxma kampaniyaları münasibətlərin normallaşmasına maneələr törədir”.

Elnur Məmmədov qeyd edib ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə davam edir.

.