"Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması deyəsən Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir".
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu gün İrəvanda Lüksemburqun xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan hər bir vəchlə qəsdən danışıqların danışıqlar naminə aparılması və danışıqların imitasiya edilməsi siyasətini yürüdür.
