Azərbaycanın Xarici İşlər Nazirliyi nazir Elmar Məmmədyarovun İrana səfəri ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İranın Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının növbəti 21-ci iclasında iştirak etmək məqsədi ilə noyabrın 26-da bu ölkəyə səfər edəcək. İclas zamanı gündəliyə uyğun olaraq, bir sıra məsələlərin müzakirəsi, o cümlədən təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və təşkilatın inkişafı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Builki iclasda İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasına sədrlik Azərbaycandan İrana keçəcək.
.