"Azərbaycan xalqı özünün qədim Novruz ənənələrinə sadiq qalaraq bayram etdiyi bir vaxtda Ermənistan silahlı bölmələri əsl simasını nümayiş etdirərək atəşkəs rejimini intensiv şəkildə pozmağa davam edir. Bu da Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətin tərkib hissəsidir”.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərlərini, xüsusilə də Novruzun sülhə, barışa, anlaşmaya çağırışını yüksək qiymətləndirdiyi bir şəraitdə Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq aqressiv və təcavüzkar siyasətini yürütməkdə davam edir: "Nəticədə beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinin bir daha şahidi olur”.
"Azərbaycanın su resurslarının böyük hissəsi Ermənistanın işğalı altındadır. Biz Sərsəng su anbarını xüsusi qeyd etməliyik”.
Bunu да Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri bildirib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən 22 mart tarixinin "Ümumdünya su resursları günü” elan edildiyini xatırladan H. Hacıyevin sözlərinə görə, su resurslarının effektiv şəkildə idarə olunması, insanların su ilə təmin olunması BMT tərəfindən 2030-cu illərə qədər müəyyən olunmuş davamlı inkişaf məqsədlərinin vacib tərkib hissəsidir.
.
