“Mən qardaş Azərbaycanda rəsmi səfərdə olmaqdan çox şadam”.

Bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev deyib.

XİN başçısı deyib ki, bu gün azərbaycanlı həmkarı ilə məhsuldar görüş keçirib, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında birgə əməkdaşlığa dair sənəd imzalanıb: “Ölkələrimiz arasında siyasi problem yoxdur, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik".

Onun sözlərinə görə, bu il iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi barədə razılığa gəlinib.

R. Kazakbayev ölkəsinin Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinə maraq göstərdiyini vurğulayıb.

O qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.

XİN başçısı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa dair “5+3” platformasının yaradılması təklifi ilə də çıxış edib.

Qırğız nazir: “Qarabağ probleminin həlli Cənubi Qafqazın inkişafına təkan verəcək”

“Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir”.

Bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev deyib.

Qırğız XİN başçısı qeyd edib ki, Qarabağ probleminin həlli Cənubi Qafqaz regionunun inkişafına təkan verəcək.

R. Kazakbayev azərbaycanlı həmkarı Ceyhun Bayramovu Qırğız Respublikasına səfərə dəvət edib.

.