“Məcburi köçkünlərin işğaldan azad olan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu torpaqlarda infrastrukturun dağıdılması barədə litvalı həmkarını məlumatlandırıb.

“Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın  və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina xəritələri verməkdən boyun qaçırır və hərbi cinayətini davam etdirir. 10 noyabrdan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Ermənistana təzyiq artırılmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalıdır”, - deyə XİN başçısı vurğulayıb.

Ceyhun Bayramov Ermənistanla əlaqələrin normallaşmasına münasibət bildirib

“Azərbaycan gələcəyə doğru baxmağın tərəfdardır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan ərazi bütövlüyü, suverenlik prinsipləri çərçivəsində Ermənistanla münasibətlərin normallaşmasına tərəfdardır.

“Bu yanaşma bütün beynəlxalq aktorların marağında olmalıdır”, - deyə C. Bayramov vurğulayıb.

Nazir: “Azərbaycan üçtərəfli bəyanatlarla bağlı bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir”

“Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb: “Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Onların əməlləri ilə bağlı araşdırmalar davam edir. Onların əməllərinə hüquqi qiymət veriləcək. Bütün bunlar litvalı nazirin diqqətinə çatdırılıb”.

Nazir Los Ancelesdə radikal ermənilərin Azərbaycan əleyhinə aksiyasına münasibət bildirib

Azərbaycanın səfirliklərinə və diaspor nümayəndələrinə qarşı radikal hərəkətlər edilir. Belə aksiyalardan biri Los Ancelesdə keçirildi. Bunu qətiyyətlə pisləyirik. Ermənistanda hüquqi nifrət zəminində çıxışlar, çağırışlar çoxdur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşması üçün çağırış edənlər təhqir olunur, xəyanətkar adlandırılır: “Yalan və saxta miflər üzərində qurulmuş bu addımlar təhlükəlidir. Biz artıq xəstəlik səviyyəsinə çatan dözümsüzlük kampaniyasının şahidi oluruq”.

XİN başçısı: “Ermənistan antisemitizmin hökm sürdüyü ölkələr arasında ilk yerlərdədir”

“Ermənistan antisemitizmin hökm sürdüyü ölkələr arasında ilk yerlərdədir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

 Nazir Ermənistanda Holokost abidəsinə qarşı vandal əməllərin törədildiyini xatırladıb.

“Bir neçə gün öncə İrəvanda Mahatma Qandinin heykəlinə qarşı də vandalizm aktı törədilib, heykəl yandırılıb. Erməni xalqı onların beyninə saxta fikirlər yeridən ideoloqlarından yaxalarını qurtarsalar, bu, hər kəs üçün, elə onların özləri üçün də yaxşı olar. Biz hesab edirik ki gələcəyə baxmaq lazımdır. Erməni xalqı bunu nə qədər tez anlasa, bu, regional inkişaf üçün, sülh və stabillik üçün yaxşı olar”, - deyə XİN başçısı vurğulayıb.

.