Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan BMT-nin fəal və etibarlı tərəfdarı olub.
Bu barədə Azərbaycan XİN BMT Günü ilə bağlı "Twitter"dəki paylaşımında bildirib.
“Bu gün biz BMT Gününü qeyd edirik!
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan fəal və etibarlı üzv kimi BMT mexanizmlərinin qətiyyətli tərəfdarı olub, beynəlxalq sülhün və təhlükəsizliyin, eləcə də dayanıqlı inkişafın qorunması üçün bütün səyləri göstərib”, - paylaşımda deyilir.
