
"Almaniya Federal hökuməti nə de-fakto Dağlıq Qarabağdakı rejimi tanımır, nə də orada keçirilən seçkiləri".
"Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan ərazilərində qondarma separatçı rejimin 13 sentyabrda planlaşdırdığı qanunsuz "özünüidarə orqanlarına seçkiləri" pisləyən bəyanat yayıb.
.