Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyada Azərbaycandan olan miqrantların yaşadığı düşərgənin yandırılması ilə əlaqədar məsələyə münasibət bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a bildirib ki, məsələ Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin diqqətindədir.
"XİN-in təlimatı əsasında səfirlik məsələni Almaniyanın dövlət qurumları ilə araşdırır", - o deyib.
.